Torpağın yaxşılaşdırılması daha faydalı qidaların olması deməkdirmi ? Suala ekoloji cəhətdən məsuliyyətli əkinçiliyin tərəfdarları cavab verərsə, cavab aşağıdakı kimi olacaq.
Ekoloqlar ABŞ-dakı məktəblilərə torpağın əhəmiyyətini izah etmələrinin bir yolu, “Pitsadakı hansı ingrediyent torpaqdan əmələ gəlməyib?” sualıdır. Tezliklə şagirdlər anlayırlar ki, pitsada demək olar ki, hər şey torpaqdan əmələ gəlib.
Torpağın sağlamlığını yaxşılaşdırarkən qidalandırıcı maddələrin daha yüksək sıxlığı ilə qida məhsullarını istehsal edə bilərikmi? www.farmprogress.com saytındakı məqalədə İndiana Təbiəti Mühafizə Tərəfdaşlığı adından təbiəti qoruyan Don Donovan yazır ki, bu, boş vaxtlarınızda özünüz üçün cavab verə biləcəyiniz sualdır.
Fermerlər, əsasən, geniş şumlama və marjinal monobitkilərin əkilməsi nəticəsində son 75 il ərzində deqradasiyaya uğramış torpaqlara toxum əkirlər.
Gübrələr, pestisidlər və təkmilləşdirilmiş genetika sayəsində, davamlı olaraq yüksək məhsuldarlıq əldə edirsiniz, lakin müasir kənd təsərrüfatı yaranmasına qədər bitkiləri ilə müqayisədə, indiki bitkilərdə qidalandırıcı maddələrin daha az sıxlığı qeyd olunur. Yəni kifayət qədər kəmiyyət var, keyfiyyə t isə çox aşağıdır.
İnsan xəstələndikdən sonra vəziyyətindən asılı olaraq qısa və ya uzun bir reabilitasiya dövrünü keçir. XX-XXI əsrlərdə əsas insan xəstəliy “xroniki yorğunluq” hesab olunur. Bizi qidalandıran torpaq da tükənib, yorulur. Yeganə həll yolu orqanik əkinçiliyə qayıtmaqdır. Bu, təkcə orqanik gübrə deyil, digər üsullarla da tətbiq olunur.
1. Müxtəlifliyin artması. Kənd təsərrüfatı və örtük bitkilərinin birləşməsi təbii olaraq normal torpaq biologiyasını saxlamağa kömək edir. Təbiətdə monobitkilər yoxdur.
2. Canlı köklər. Günəş ən yüksək enerji mənbəyidir. Əkin isti torpaqda aparılmalıdır. Hər bir bitki, tərəvəz və ya meyvə ağacının əkilməsi üçün öz temperaturu var. Məsələn: kartof, kələm əkilməsi torpaq +5º-dən yuxarı, yerkökü pomidoru – +15º-dən yuxarı isindikdə aparılır. Canlı kök torpağın mikrobiologiyasını sağlam və məhsuldar saxlamağa kömək edəcək.
3. Azaldılmış emal. Geniş şumlama torpağın sağlamlığına zərərlidir. Hər dəfə əkin alətlərindən istifadə edildikdə, bioloji birlik alt-üst olur, məsamə kanalları dağılır və karbon oksidləşməsi nəticəsində üzvi maddələr itirilir.
4. Daimi mühafizə. Bitki qalıqları, malç və ya bitki gövdələri torpaq səthində örtük yaradır və bununla xoranın və diqər problemlərin əmələ gəlməsindən qoruyur. Qalıq həm də mikroorqanizmlər üçün sabit şərait saxlayır, onları mənfi təsirlərdən təcrid edir. Torpaq mikrobları da səthdəki bitki qalıqlarında yaşayaraq onları qida maddələrinə çevirir.
Torpaq yalnız kənd məhsulları yetişdirmək üçün bir mühitd deyil, həm də canlı bioloji ekosistemdir.