Azərbaycanda və dünyada torpaq növlərinin paylanma xəritəsi


 

Torpağın əsas növləri


 
Azərbaycanın torpaq fondu 8641,5 min hektar təşkil edir. Bu torpaq  fondunun yalnız 77% istifadə edilir. Kənd təsərrüfatı üçün yararlı torpaqlardan 44% əkin sahələri, 4% çoxillik əkinlər, 26%  biçənəklər və otlaqlar təşkil edir. Ölkənin əkin sahələri 1454 min hektar ərazini tutur.  Kənd təsərrüfatına yararsız torpaqlar torpaq fondunun 40% təşkil edir. Bu torpaqların 13% xüsusi həyət torpaqları, 12,1% meşələr, 2,7 % qamışlıqlar, 0,8% bataqlıqlar, 3,6% su hövzələri, 31,6% qalan torpaqlar (yollar, kəndlər, şəhərlər, sənaye obyektləri) təşkil edir. Azərbaycanda əhalinin hər birinin payına torpaq fondunun 1,08 he, 0,2 he zəmi sahələri  və 0,6 he kənd təsərrüfatı üçün yararlı torpaq sahələri düşür. Azərbaycan torpaqlarının 40% şoranlaşmağa məruz olub.

Azərbaycanın bəzi bölgələrində torpaqların kimyəvi tərkibi


 

Torpaq toxuması


 

Türkan Orqanik Gübrə (TOG) ↔ Təbii Oyadıcı Güvvə (TOG)

Üzvi gübrələrin torpağa verilməsi üsulları

Əkindən əvvəl və ya əsas. Gübrələr payız və ya yaz əkinindən əvvəl verilir. Belə üsul bitkiləri onların bütün inkişaf dövrü üçün lazımi qida ilə təmin etməyə imkan verir. Üzvi gübrələrin orta sərfiyyatı 1 kv metrəyə təxminən 6-8 kq təşkil edir. Gilli-çürüntülü zəminlərdə üzvi gübrələri 15 sm dərinliyinə yeridirlər. Qara torpaqda və yüngül torpaqlarda bu dərnlik 25 sm qədər də ola bilər.

Əkin zamanı. Gübrələri toxumları səpəndə və ya tingləri əkəndə verirlər. Belə əlavə qidalandırma fidanlara inkişafının əvvəlində verilir, onların güclü kökləri əmələ gəlir.  Bundan sonra isə bitkilər əlverişsiz hava şəraitinə və zərərvericilərə qarşı daha dözümlü olurlar.

Səpinsonrası. Üzvi gübrələri vegetasiya dövründə verirlər. Onlar bitkiləri sürətli boyatma dövründə faydalı elementlərlə təchiz edirlər.

Üstünlükləri

  • Bütün növ zəminlər, bitkilər və torpaqlar üçün yararlıdır
  • Tərkibində bitkilər üçün zəruri olan onların inkişafı üçün bütün qidalandırıcı, stimullaşdırıcı, üzvi maddələr və mikroelementlər vardır. NPK tarazlaşdırılmış miqdarda olması
  • Mineral gübrələr üçün çəkilən xərcləri azaldır
  • Zəmini zənginləşdirir, turşuluğu azaldır, yerdə normal mikrobalans yaradır
  • Yerin su və hava balansını yaxşılaşdırır
  • Bitkiləri bakteriyaların törətdiyi və göbələk xəstəliklərinə (fitoftoroza, parşeyə, kök çürüklərinə, fuzarioza və d.); qarşı müqavimətini artırır
  • Meyvələrin 10-15 gün ərzində yetişməsini sürətləndirir
  • Məhsuldarlığın kəmiyyət və keyfiyyətini 25-30% artırır
  • Düzgün veriləndə 18-14 ay təsir göstərir
  • Alaq bitkilərinin toxumları olmur
  • Torpağın səthində kifin əmələ gəlməsi istisna olunur
  • Məcburi quraqlıq dövrlərini yaxşı keçirməyə kömək edir
  • Dəri ilə təmasda olanda insan orqanizminə zərərli təsir göstərmir
  • Zəhərli deyil, yanma təhlükəsi yoxdur, yaprıxmır

Vasitələrin müsbət tərəfləri

  • Bitkilərin çirklənmiş zəminə qarşı davamlığını artırır
  • Vasitələrdən bağ-park ərazilərində, həm də iri kənd təsərrüfatı yerlərində istifadə olunur; üMalın mühüm üstünlüyü faydalı komponentlərin münasib nisbətdə olmasıdır. Bunun sayəsində gübrə məhsuldarlığı bir neçə dəfə artırır və hazır ərzağın qidalılıq dəyərini yaxşılaşdırır
  • Müxtəlif xəstəliklərə qarşı müqaviməti yüksəldir
  • Zəminin su keçiriciliyinin artmasına kömək edi
  • Torpağın yumşaqlığını artırır və torpağa “nəfəs almaq” da kömək edir; ü Bitkilərin kök sistemini torpaq məhlulunun yüksək faizindən qoruyur
  • Bütün mikroelementlər 95% mənimsənilir
  • Kök sisteminin inkişafına təkan verir

Normalda nəgədər olmalıdır?

Element, %Kartof üçünMeyvə və giləmeyvələr üçünTərəvəz və tomatlar üçünOtaq bitkiləri və şitillər üçün
Üzvi hissə70707075
Azot4448
Fosfor5453
Kalium6764
Kalsium222-
Manqan1111
Bor2220,05
Mis0,3-0,3-
Kobalt0,020,020,020,02
Dəmir10,811
Maqnezium0,610,60,6
Molibden0,050,020,050,02
Sink0,810,80,8

Bizim texnologiya üzvi gübrələrin istehsalının dünya təcrübəsinə və “üzvi əkinçilik” texnollogiyasına əsaslanır.

Gübrələrin istehsalı bir neçə mərhələdə baş veirr: TÜRKAN ORQANİK GÜBRƏ

Xammal

Bizim gübrələrin istehsalının texnoloji tsikli əsas – xammaldan başlayır.  İstehsalata peyin gətirildikdən sonra bizim mütəxəssislər  xammalın tərkibini rütubətliliyə, Ph, mineral maddələrə görə keyfiyyət təhlilini aparır.

Təhlillərdən sonra: Fermentizasiya

Xammal hazırlandıqdan sonra əsas mərhələ başlayır ki, bu zaman xammal qiymətli gübrəyə çevrilir. Bu mərhələdə ona gübrəyə transformasiyanı sürətləndirən ferment preparatının sulu məhlulu qatılır. İlk 18 saat ərzində peyin tədricən qarışdırılır – bu mərhələdə artıq pis qoxu itir və ammonyaklı azotun ayrılması azalır.

Daha sonra bu qatışıq daha dərin qıcqırma üçün qoyulur və belə vəziyyətdə 7-10 günədək qalır, bu zaman xammalın daxili hərarəti 70 C dərəcəyədək qalxır.

Bu proses nəticəsində aşağıdakılar təmin olunur:

  • bitkilərin qəbul edə biləcəkləri qidalanma komponentlərinin  konsentrasiyası artır və optimallaşır
  • məhsulun bioloji təhlükəsizliyi – patogen mikroflora və qurdların yumurtaları məhv olur, alaq otu toxumlarının cücərmə qabiliyyəti itir
Qurutma

Fermentizasiya prosesindən sonra biz yarımfabrikat əldə edirik ki, bunu da öz faydalı xassələrinin saxlanması, həmçinin mineral duzların təsbit olunması üçün qurutmaq lazımdır. Bu mərhələ qurtaranda biz kövrək gübrə şəklində hazır məhsul alırıq ki, bunu da çəkib müvafiq tarada qablaşdırırıq.